https://news.day.az/azerinews/1786557.html Azərbaycan-Xorvatiya hökumətlərarası Birgə Komissiyanın dördüncü iclası keçiriləcək Bu gün biz hökumətlərimiz arasında İqtisadi Əməkdaşlığın Həyata keçirilməsi və Təşviqi üzrə Birgə Komissiyanın indiyədək keçirilən üç iclasını da xatırladıq. Day.Az xəbər verir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan-Xorvatiya hökumətlərarası Birgə Komissiyanın dördüncü iclası keçiriləcək

Azərbaycanca, 8 октября 2025 13:30 (UTC +04:00) 392
Azərbaycan-Xorvatiya hökumətlərarası Birgə Komissiyanın dördüncü iclası keçiriləcək

Bu gün biz hökumətlərimiz arasında İqtisadi Əməkdaşlığın Həyata keçirilməsi və Təşviqi üzrə Birgə Komissiyanın indiyədək keçirilən üç iclasını da xatırladıq.

Day.Az xəbər verir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Spiker vurğulayıb ki, növbəti görüşün 2026-cı ildə Zaqrebdə keçirilməsi planlaşdırılır.

"Xorvatiya ticarət mübadiləsinin daha da şaxələndirilməsinə, şirkətlərimiz arasında əməkdaşlığın artırılmasına və qarşılıqlı sərmayələrin daha da çoxaldılmasına çalışır.

Biz məmnunuq ki, son iki ildə bu istiqamətdə atılan qəti addımlar fonunda Bakıda və Zaqrebdə biznes və investisiya forumları keçirilib", - deyə Q.Yandrokoviç qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости