https://news.day.az/azerinews/1786740.html Bakıda yaşayış evində partlayış olub - xəsarət alan var - VİDEO Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bakıda yaşayış evində partlayış olub - xəsarət alan var - VİDEO

Azərbaycanca, 9 октября 2025 08:36 (UTC +04:00) 384
Bakıda yaşayış evində partlayış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində aparılan ilkin qiymətləndirmə nəticəsində müəyyən olunub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində, ehtimalən qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış baş verib.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости