Ölkəyə gətirilən elektrik avtomobilləri ilə bağlı qərar verildi

Gələn il Azərbaycana gətirilən elektrik avtomobilləri ƏDV-dən azad ediləcək.

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı gələn ildən bir il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

Day.Az xəbər verir ki, bu qərar "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin həm ölkəyə gətirilməsi, həm də daxili bazarda satışı ƏDV-dən azad ediləcək.

Qeyd edək ki, bu addımın məqsədi Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin sayını artırmaq və ətraf mühitə zərərin azaldılmasına töhfə verməkdir.