https://news.day.az/azerinews/1790277.html
Evini kirayə verənlərə MÜHÜM XƏBƏR - Vergi ödəyəcəklər
Azərbaycanda fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəyə verilməsindən əldə edilən gəlirlər gələn ildən vergiyə cəlb olunacaq. Day.Az xəbər verir ki, bu dəyişiklik "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Evini kirayə verənlərə MÜHÜM XƏBƏR - Vergi ödəyəcəklər
Azərbaycanda fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəyə verilməsindən əldə edilən gəlirlər gələn ildən vergiyə cəlb olunacaq.
Day.Az xəbər verir ki, bu dəyişiklik "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yaşayış vasitələri istisna olmaqla, fiziki şəxslərin digər fiziki şəxslərə kirayə verdikləri mənzillərdən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulacaq.
Yeni vergi tətbiqinin məqsədi kirayə bazarında şəffaflığın artırılması və qeyri-rəsmi gəlirlərin leqallaşdırılmasıdır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре