https://news.day.az/azerinews/1790437.html Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Nəriman Qurbanov 65 yaşında qəfil dünyasını dəyişib. Əməkdar dövlət qulluqçusu Nəriman Qurbanov uzun illər dövlət qulluğunda çalışıb.

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanca, 24 октября 2025 09:35 (UTC +04:00) 437
Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Nəriman Qurbanov 65 yaşında qəfil dünyasını dəyişib.

Əməkdar dövlət qulluqçusu Nəriman Qurbanov uzun illər dövlət qulluğunda çalışıb. O, müxtəlif illərdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, eləcə də Mədəniyyət Nazirliyində Protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri vəzifələrində fəaliyyət göstərib.

Qeyd edək ki, Nəriman Qurbanov oktyabrın 20-də 65 illik yubileyini qeyd etmişdi.

  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi
  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости