https://news.day.az/azerinews/1791451.html “Qarabağ” – “Çelsi” oyununun biletləri nə vaxt satışa çıxarılacaq? - AÇIQLAMA UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq. Day.Az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Qarabağ” – “Çelsi” oyununun biletləri nə vaxt satışa çıxarılacaq? - AÇIQLAMA

Azərbaycanca, 28 октября 2025 16:57 (UTC +04:00) 516
“Qarabağ” – “Çelsi” oyununun biletləri nə vaxt satışa çıxarılacaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Day.Az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Standart biletlərin qiyməti:

10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Qeyd edilib ki, biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

"Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər. Saxta biletlərə aldanmayın.Stadiona giriş yalnız QR bilet ilə mümkün olacaq", - deyə məlumatda vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости