https://news.day.az/azerinews/1793751.html Bakıda dəniz qırmızı rəngə boyandı - SƏBƏBİ BİLİNMİR - VİDEO Bu sahildə dəniz qırmızı rəngə boyanıb... Ətrafı kəskin qoxu bürüyüb... Day.Az xəbər verir ki, söhbət Xəzərin Türkan qəsəbə sahilindən gedir: Bir neçə gündür ki, sahilin məhz bu hissəsində üfunət aləmi başına götürüb, sahil qırmızı rəngə çalır: Sakinlər iddia edir ki, bu cür hal Hövsan qəsəbəsində də qeydə alınıb:

Bakıda dəniz qırmızı rəngə boyandı - SƏBƏBİ BİLİNMİR - VİDEO

Azərbaycanca, 7 ноября 2025 10:32 (UTC +04:00) 424
Bakıda dəniz qırmızı rəngə boyandı

Bu sahildə dəniz qırmızı rəngə boyanıb... Ətrafı kəskin qoxu bürüyüb...

Day.Az xəbər verir ki, söhbət Xəzərin Türkan qəsəbə sahilindən gedir:

Bir neçə gündür ki, sahilin məhz bu hissəsində üfunət aləmi başına götürüb, sahil qırmızı rəngə çalır:

Sakinlər iddia edir ki, bu cür hal Hövsan qəsəbəsində də qeydə alınıb:

Məsələ ilə bağlı aidiyyatı quruma, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə müraciət ünvanladıq. Bildirdilər ki, artıq ərazidən su nümunələri götürülüb, mərkəzi laboratoriyaya təqdim edilib.

Yaxın bir həftə ərzində analizlərin cavabı açıqlanıb, fakt üzrə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости