https://news.day.az/azerinews/1797223.html Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə alınıb Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə alınıb. Day.Az PFL-in saytına istinadən xəbər verir ki, bu, XII tura təsadüf edib. "Sumqayıt" - "Qarabağ" qarşılaşması (2:4) mövsümün ən çox tamaşaçı toplayan görüşü olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda 9100 izləyici qeydə alınıb.

Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə alınıb

Azərbaycanca, 22 ноября 2025 17:47 (UTC +04:00) 371
Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə alınıb

Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə alınıb.

Day.Az PFL-in saytına istinadən xəbər verir ki, bu, XII tura təsadüf edib.

"Sumqayıt" - "Qarabağ" qarşılaşması (2:4) mövsümün ən çox tamaşaçı toplayan görüşü olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda 9100 izləyici qeydə alınıb.

 

Bu qarşılaşmaya qədər mövsümün rekordu X turun "Turan Tovuz" - "Şamaxı" matçına (2:1) təsadüf etmişdi. Tovuz şəhər stadionundakı oyunda 5800 azarkeş olub.

XII turun ilk gününün Yevlax şəhər stadionunda keçirilən "Karvan Yevlax" - "Kəpəz" görüşündə (1:2) isə 4000 tamaşaçı olub. Bununla da turun matçlarını 13100 nəfər izləyib. Bu, digər 4 qarşılaşmadan asılı olmayaraq mövsümün ən çox tamaşaçı toplayan turu olub. Əvvəlki rekord 10720 izləyicinin olduğu X turda yaşanmışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости