https://news.day.az/azerinews/1803236.html Bakıya "ağıllı" işıqforlar quraşdırıldı - Tıxaca nəzarət edəcək Bakıda bir sıra küçə və prospektlərdə yeni tip işıqforların quraşdırılması sürücülər arasında maraq yaradıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, işıqforların üzərindəki kamera və sensorlara bənzər qurğular əvvəlcə radar olaraq düşünülsə də, nəqliyyat sensoru və nəqliyyat axınına nəzarət sisteminin bir hissəsidir.

Bakıya "ağıllı" işıqforlar quraşdırıldı - Tıxaca nəzarət edəcək

Azərbaycanca, 17 декабря 2025 21:20 (UTC +04:00) 400
Bakıya "ağıllı" işıqforlar quraşdırıldı - Tıxaca nəzarət edəcək

Bakıda bir sıra küçə və prospektlərdə yeni tip işıqforların quraşdırılması sürücülər arasında maraq yaradıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, işıqforların üzərindəki kamera və sensorlara bənzər qurğular əvvəlcə radar olaraq düşünülsə də, nəqliyyat sensoru və nəqliyyat axınına nəzarət sisteminin bir hissəsidir.

Məlumata görə onların əsas funksiyası işıqfor qarşısında neçə avtomobil dayandığını və zolaqlarda sıxlığı adaptiv bir şəkildə təyin etmək olacaq.

Toplanan məlumat əsasında işıqforun fazaları tənzimlənəcək və avtomobil axını sıxlığa görə səmərəli idarə olunacaq.

Beynəlxalq təcrübədə "vehicle detection camera" və ya "traffic monitoring sensor" kimi tanınan sistem artıq müxtəlif ölkələrdə də uğurla tətbiq edilir.

KİV-də yer alan məlumata görə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, bununla bağlı yaxın günlərdə ətraflı məlumat verəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости