https://news.day.az/azerinews/1803268.html Müəllimin sinif otağında ölməsi ilə bağlı təfərrüat - VİDEO Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib.

Müəllimin sinif otağında ölməsi ilə bağlı təfərrüat - VİDEO

Azərbaycanca, 18 декабря 2025 09:27 (UTC +04:00) 333
Müəllimin sinif otağında ölməsi ilə bağlı təfərrüat

Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərini də ilk qayınatası alıb.

Üç övlad anası olan müəllimin ürəyində problem olub, bir müddət əvvəl ona stend qoyulub.

Yaxınları deyir ki, əməliyyatdan sonra sağlamlıqla bağlı heç bir şikayəti olmayıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi isə təcili yardım briqadasının hadisə yerinə gec gəlməsi iddiaları ilə razılaşmayıblar.

Daha ətraflı "Xəzər" TV-nin videomaterialında:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости