https://news.day.az/azerinews/1803341.html Bakı Limanının yükaşırma gücü bu ilin sonuna 8 milyon tona çatacaq - Eldar Salahov Bakı Beynəlxalq Dəniz Limanında bu ilin sonuna qədər ümumi yükaşırma göstəricisinin 8 milyon tona çatacağı gözlənilir. Day.Az xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.

Bakı Limanının yükaşırma gücü bu ilin sonuna 8 milyon tona çatacaq - Eldar Salahov

Azərbaycanca, 18 декабря 2025 12:08 (UTC +04:00) 276
Bakı Limanının yükaşırma gücü bu ilin sonuna 8 milyon tona çatacaq

Bakı Beynəlxalq Dəniz Limanında bu ilin sonuna qədər ümumi yükaşırma göstəricisinin 8 milyon tona çatacağı gözlənilir.

Day.Az xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, cari ilin sonuna qədər ümumi yükaşırma göstəricisinin 8 milyon tona çatacağını gözlənilir:

"Gələcək illər üçün hədəflərimiz daha böyükdür. Limanın texniki potensialı, maddi-texniki bazası və peşəkar heyəti daha yüksək nailiyyətlər əldə etməyə imkan verir. Ötən il konteyner aşırılması 76 min TEU ətrafında idisə, bu il bu rəqəmin 100 mini keçərək 104-105 min TEU-ya çatması gözlənilir. Bu, ötən illə müqayisədə təxminən 40 % artım deməkdir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости