Mərakeş super qolla Ərəb Millətlər Kubokunun qalibi oldu

Mərakeş milli komandası Ərəb Millətlər Kubokunun qalibi adını qazanıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Qətərin Lusial şəhərində keçirilən final qarşılaşmasında Mərakeş yığması İordaniya seçməsi ilə üz-üzə gəlib.

Gərgin keçən oyunun əsas vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Matçın əlavə vaxtında, 100-cü dəqiqədə Mərakeş futbolçuları həlledici qolu vuraraq üstünlüyü ələ alıblar.

Bununla da Mərakeş yığması tarixində ikinci dəfə Ərəb Millətlər Kubokunun qalibi olub.