İlk olaraq 22 nəfər qadın azadlığa buraxılır - Amnistiya başladı - FOTO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təşəbbüsü əsasında "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" qərarın icrasına başlanılıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, amnistiya aktının icrası ilk olaraq 4 saylı cəzaçəkmə müəssisəsində həyata keçiriləcək.
Belə ki, 22 nəfər qadın məhkum azadlığa buraxılacaq (cəzasının çəkilməmiş hissəsindən azad olunacaq).
Onlardan ikisi azyaşlı övladı ilə məhkumluq həyatı yaşayan qadındır.
Qeyd edək ki, amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzasının 6 ay azaldılması nəzərdə tutulur.
Amnistiya, həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре