https://news.day.az/azerinews/1804577.html Miqren tutması zamanı nə etməli? - Həmin gün üçün vacib tövsiyələr Miqren tutması bir çox insanın gündəlik fəaliyyətini ciddi şəkildə məhdudlaşdırır. Mütəxəssislər bildirir ki, miqren başlayan gün düzgün davranış ağrının şiddətini azaltmağa kömək edə bilər.

Miqren tutması zamanı nə etməli? - Həmin gün üçün vacib tövsiyələr

Azərbaycanca, 24 декабря 2025 06:46 (UTC +04:00) 364
Miqren tutması zamanı nə etməli?

Miqren tutması bir çox insanın gündəlik fəaliyyətini ciddi şəkildə məhdudlaşdırır. Mütəxəssislər bildirir ki, miqren başlayan gün düzgün davranış ağrının şiddətini azaltmağa kömək edə bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, miqren tutması zamanı ilk növbədə sakit və qaranlıq mühitdə dincəlmək tövsiyə olunur. Parlaq işıq, yüksək səs və ekranlara uzun müddət baxmaq ağrını daha da gücləndirə bilər.

Həmin gün bol su içmək, ağır və yağlı qidalardan uzaq durmaq vacib sayılır. Kofeinli içkilər bəzi hallarda ağrını azaltsa da, həddindən artıq qəbulu əks təsir göstərə bilər.

Mütəxəssislər stressdən mümkün qədər uzaq qalmağı, fiziki yüklənməni azaltmağı və yüngül nəfəs məşqləri etməyi məsləhət görürlər. Əgər həkim tərəfindən təyin olunmuş dərmanlar varsa, onlar yalnız tövsiyə edilən qaydada qəbul edilməlidir.

Qeyd olunur ki, miqren tutmaları tez-tez təkrarlanırsa, mütləq nevroloqa müraciət edilməli və fərdi müalicə planı hazırlanmalıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости