Bu halda sənaye nümunəsi orijinal hesab ediləcək
Sənaye nümunəsinin patent qabiliyyəti şərtlərində dəyişiklik ediləcək.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan "Patent haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, məmulatın zahiri görkəminin xüsusiyyətləri müəllifin (şərikli müəlliflərin) yaradıcı əməyi ilə şərtlənərsə, sənaye nümunəsi orijinal hesab ediləcək.
Məmulatın istehlakçını yanılda bilən, o cümlədən məmulatın istehsalçısı və ya istehsal olunduğu yer, habelə məmulatın tara, qablaşdırma, etiket kimi xidmət etdiyi əmtəə barədə istehlakçıda yanlış təsəvvür yarada bilən bədii-konstruktiv həllərə yalnız onlara müstəsna hüququ olan şəxs müraciət etdiyi hallar istisna olmaqla sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре