Mədəniyyət sahəsinə cəlb edilən investisiyaların həcmi artırılacaq

Özəl investisiyalar cəlb etmək və sahibkarlığın inkişafına əlverişli mühit yaratmaq məqsədilə mədəniyyət sahəsində iqtisadi idarəetmə və fəaliyyət liberallaşdırılacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda öz əksini tapıb.

Belə ki, 2026-2030-cu illərdə mədəniyyət sahəsində dövlət mülkiyyətində olan müəssisə və obyektlərin (qanunvericiliklə özəlləşdirilməsi qadağan olunan mədəniyyət təsisatları və əmlaklar istisna edilməklə) özəlləşdirilməsi ilə bağlı təhlillər aparılması, təhlillər əsasında mədəniyyət sahəsində dövlət mülkiyyətində olan müəssisə və obyektlərin özəlləşdirilməsi və ya özəl sektorla birgə istifadə mexanizmlərinin yaradılması ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi və mədəniyyət sahəsinə cəlb edilmiş investisiyaların həcminin artırılması planlaşdırılır.