Mədəniyyət sahəsi üçün yeni maliyyə mənbələri müəyyənləşdiriləcək

Mədəniyyət sahəsinin maliyyələşdirilməsi mexanizmləri təkmilləşdiriləcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda öz əksini tapıb.

Belə ki, 2026-2028-ci illərdə mövcud vəziyyətin təhlili və beynəlxalq təcrübənin öyrənilməsi, maliyyələşdirmə mexanizmlərinin diversifikasiyasına dair təkliflər hazırlanması və mədəniyyət sahəsi üçün yeni maliyyə mənbələrinin və alətlərinin müəyyənləşdirilməsi planlaşdırılır.