Azərbaycan dilindən bir sıra dillərə tərcümə lüğətləri hazırlanacaq

Azərbaycan dilindən Birləşmiş Millətlər Təşkilatının əsas dillərinə, türk dillərinə və həmin dillərdən Azərbaycan dilinə tərcümə lüğətlərinin hazırlanacaq və yayılacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda öz əksini tapıb.

Belə ki, 2026-2030-cu illərdə tərcümə lüğətlərinin hazırlanması məqsədilə təşkilati işlərin həyata keçirilməsi, mütəxəssis qruplarının formalaşdırılması, tərcümə lüğətlərinin hazırlanması, tərcümə lüğətlərinin əlçatan şəkildə yayılması planlaşdırılır.