Əlilliyi olan şəxslərin mədəni tədbirlərdə iştirakı üçün əlçatanlıq təmin ediləcək

Əlilliyi olan şəxslərin mədəni tədbirlərdə iştirakı üçün əlçatanlığın təmin ediləcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda öz əksini tapıb.

Belə ki, 2026-2030-cu illərdə mədəni tədbirlərlə bağlı əlaqələndirmə mexanizminin yaradılması, əlilliyi olan şəxslərin mədəni tədbirlərdə iştirakı sisteminin qurulması, inklüzivliyin təmin edilməsi planlaşdırılır.