https://news.day.az/azerinews/1809429.html İrana məxsus yük gəmisi Xəzərdə qəzaya uğradı Xəzər dənizində İrana məxsus yük gəmisi qəzaya uğrayıb. Day.Az Trend-a istinadən xəbər verir ki, bu barədə Türkmənistanın XİN məlumat yayıb. Bildirilib ki, yanvarın 14-də Türkmənistanın Sahil Mühafizə xidmətinə Xəzərdə qəzaya uğramış "Rona" yük gəmisindən SOS siqnalı daxil olub.

İrana məxsus yük gəmisi Xəzərdə qəzaya uğradı

Azərbaycanca, 14 января 2026 18:05 (UTC +04:00) 451
İrana məxsus yük gəmisi Xəzərdə qəzaya uğradı

Xəzər dənizində İrana məxsus yük gəmisi qəzaya uğrayıb.

Day.Az Trend-a istinadən xəbər verir ki, bu barədə Türkmənistanın XİN məlumat yayıb.

Bildirilib ki, yanvarın 14-də Türkmənistanın Sahil Mühafizə xidmətinə Xəzərdə qəzaya uğramış "Rona" yük gəmisindən SOS siqnalı daxil olub.

"Dənizçilik qaydalarını tənzimləyən beynəlxalq normalara uyğun olaraq, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ilə məşğul olan Türkmənistanın dövlət qurumları tərəfindən insanların xilas edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Vaxtında həyata keçirilmiş əməliyyatlar nəticəsində gəmidə olan 14 nəfərin hamısı xilas edilib. İlkin məlumata görə, onlar İran və Hindistan vətəndaşlarıdır",- deyə bəyanatda qeyd olunub.

Hazırda Türkmənistan tərəfi beynəlxalq qaydalarda nəzərdə tutulan müvafiq prosedurları həyata keçirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости