https://news.day.az/azerinews/1820964.html Bəhreyn 102 raket və 171 PUA-nı məhv edib - Müdafiə Nazirliyi Bəhreyn Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin indiyədək İran mənşəli 102 ballistik raket və 171 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb. Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bəhreyn 102 raket və 171 PUA-nı məhv edib - Müdafiə Nazirliyi

Azərbaycanca, 9 марта 2026 14:20 (UTC +04:00) 321
Bəhreyn 102 raket və 171 PUA-nı məhv edib

Bəhreyn Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin indiyədək İran mənşəli 102 ballistik raket və 171 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.

Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Nazirliyin məlumatında bildirilir ki, hərbçilərin yüksək hazırlığı və fasiləsiz müşahidəsi sayəsində hava hücumundan müdafiə sistemləri hücum dalğalarına ardıcıl şəkildə cavab verib.

 

Rəsmilər əhaliyə yalnız zəruri hallarda evdən çıxmağı, təhlükəli ərazilərdən uzaq durmağı, düşən qalıqlara və ya şübhəli əşyalara yaxınlaşmamağı tövsiyə ediblər.

Həmçinin vətəndaşlara məlumatları yalnız rəsmi mənbələrdən izləmək və sosial şəbəkələrdə yayılan şayiələrə inanmamaq çağırışı edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости