Timor-Leste Prezidenti XIII Qlobal Bakı Forumunda iştirak edəcək
XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Timor-Leste Demokratik Respublikasının Prezidenti Xose Ramos-Horta Azərbaycana səfər edib.
Day.Az xəbər verir ki, səfər çərçivəsində Prezident Xose Ramos-Hortanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi qarşılayıb. Görüş zamanı tərəflər səmimi salamlaşaraq qısa fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Prezident Xose Ramos-Horta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunda iştirak edəcək dünya liderləri və yüksək səviyyəli qonaqlar sırasındadır. Forum çərçivəsində qlobal çağırışlar, çoxtərəfli əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş müzakirələrin aparılması nəzərdə tutulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре