https://news.day.az/azerinews/1823867.html Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI Bu ilin yanvar ayında Azərbaycana 4 ölkədən dəyəri 17,4 milyon ABŞ dolları olan 20,1 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal edilib. Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanca, 23 марта 2026 11:16 (UTC +04:00) 327
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr

Bu ilin yanvar ayında Azərbaycana 4 ölkədən dəyəri 17,4 milyon ABŞ dolları olan 20,1 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal edilib.

Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8,8 milyon ABŞ dolları və ya 2 dəfə, həcm ifadəsində isə 9,7 min ton və ya 1,9 dəfə çoxdur.

 

Eyni zamanda hesabat dövründə Azərbaycandan yalnız bir ölkəyə - Ermənistana dəyəri 1,168 milyon ABŞ dolları olan 1 743 ton "Aİ-95" markalı benzin ixrac edilib.

2026-cı ilin yanvar ayında Azərbaycanın "Aİ-95" markalı benzin idxal etdiyi ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

4946,7

4303,63

Birləşmiş Ərəb Əmirlikləri

7357,58

6233,36

Rumıniya

2246,85

1959,22

Yunanıstan

5508,62

4912,31

 
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости