https://news.day.az/azerinews/1826190.html Bakıda sürüşmə təhlükəsinə görə bu avtobusların hərəkət qrafiki dəyişdirildi Bakının Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bakıda sürüşmə təhlükəsinə görə bu avtobusların hərəkət qrafiki dəyişdirildi

Azərbaycanca, 6 апреля 2026 15:36 (UTC +04:00) 298
Bakıda sürüşmə təhlükəsinə görə bu avtobusların hərəkət qrafiki dəyişdirildi

Bakının Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Day.Az-а Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

 

Dəyişikliyə əsasən, 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti "20-ci sahə dairəsi" - Şəfəq küçəsi ilə təşkil olunub.

Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahə istiqamətində avtomobil yolunun keçdiyi ərazidə sürüşmə təhlükəsi yaranıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости