https://news.day.az/azerinews/1827901.html Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib 14 aprel tarixində Medianın İnkişafı Agentliyində Monqolustandan olan media nümayəndələri ilə görüş keçirilib. Day.Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanca, 14 апреля 2026 19:12 (UTC +04:00) 265
Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib

14 aprel tarixində Medianın İnkişafı Agentliyində Monqolustandan olan media nümayəndələri ilə görüş keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Agentliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və qarşıya qoyulan prioritetlər barədə məlumat verib. O, jurnalistlərin peşəkar inkişafının dəstəklənməsi, media savadlılığının artırılması və müasir çağırışlara uyğun media mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Monqolustandan olan nümayəndə heyəti isə media subyektləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin, tərəfdaşlıq əlaqələrinin təşviqi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə qarşılıqlı səfərlərin və görüşlərin təşkili, həmçinin mediaturların keçirilməsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

Görüş zamanı informasiya mübadiləsinin gücləndirilməsi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости