https://news.day.az/azerinews/1828475.html Sloveniya qaz təchizatının şaxələndirilməsi baxımından Azərbaycanı mühüm istiqamət kimi nəzərdən keçirir - Nazir Sloveniya qaz təchizatının şaxələndirilməsi baxımından Azərbaycanı mühüm istiqamət kimi nəzərdən keçirir. Day.Az xəbər verir ki, bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Antalya Diplomatiya Forumu çərçivəsində Trend-in xüsusi müxbirinə açıqlamasında bildirib.

Sloveniya qaz təchizatının şaxələndirilməsi baxımından Azərbaycanı mühüm istiqamət kimi nəzərdən keçirir - Nazir

Azərbaycanca, 17 апреля 2026 12:40 (UTC +04:00) 252
Sloveniya qaz təchizatının şaxələndirilməsi baxımından Azərbaycanı mühüm istiqamət kimi nəzərdən keçirir

Sloveniya qaz təchizatının şaxələndirilməsi baxımından Azərbaycanı mühüm istiqamət kimi nəzərdən keçirir.

Day.Az xəbər verir ki, bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Antalya Diplomatiya Forumu çərçivəsində Trend-in xüsusi müxbirinə açıqlamasında bildirib.

"Biz həmçinin Azərbaycanla uzunmüddətli tərəfdaşlığın qurulmasında maraqlıyıq. Ötən il Azərbaycanla əməkdaşlığımızı genişləndirməyə və dərinləşdirməyə çalışdıq, lakin bundan əvvəl də digər ölkələrlə tərəfdaşlıqlar inkişaf etdirmişik", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Sloveniya enerji resurslarının mənbələri və marşrutlarının şaxələndirilməsi prosesindədir.

"Hazırda biz təchizatçılarımızı və marşrutlarımızı şaxələndiririk. Azərbaycan bu prosesin bir hissəsidir. Bu, Sloveniyaya təbii qazın tədarükü və idxalı üçün əlavə bir marşrut baxımından həqiqətən yaxşı bir həll yoludur", - deyə Kumer qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости