https://news.day.az/azerinews/1828584.html Hidayət Heydərov cüdo üzrə Avropa çempionatında gümüş medal qazandı - FOTO - VİDEO Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu Hidayət Heydərov finalda ev sahibi, olimpiya çempionu Laşa Şavdatuaşviliyə uduzub.

Hidayət Heydərov cüdo üzrə Avropa çempionatında gümüş medal qazandı - FOTO - VİDEO

Azərbaycanca, 17 апреля 2026 17:26 (UTC +04:00) 299
Hidayət Heydərov cüdo üzrə Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu Hidayət Heydərov finalda ev sahibi, olimpiya çempionu Laşa Şavdatuaşviliyə uduzub.

Bununla da o karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalına sahib çıxıb.

Təmsilimiz daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda Dayyan Boulemtafes (Fransa), yarımfinalda isə Bilal Çiloğlunu (Türkiyə) məğlub etmişdi.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan yeddi idmançıdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

  • Hidayət Heydərov cüdo üzrə Avropa çempionatında gümüş medal qazandı

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости