https://news.day.az/azerinews/1828755.html Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: Hazırda yaşadığımız sülh şəraiti yeni imkanlar yaradır Bizim region onilliklər boyu münaqişələr, bağlı sərhədlər və parçalanma ilə yadda qalıb. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qonşu Ermənistanla faktiki sülh şəraitində yaşayırıq və bu, yeni imkanlar yaradır.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: Hazırda yaşadığımız sülh şəraiti yeni imkanlar yaradır

Azərbaycanca, 18 апреля 2026 13:12 (UTC +04:00) 405
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: Hazırda yaşadığımız sülh şəraiti yeni imkanlar yaradır

Bizim region onilliklər boyu münaqişələr, bağlı sərhədlər və parçalanma ilə yadda qalıb. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qonşu Ermənistanla faktiki sülh şəraitində yaşayırıq və bu, yeni imkanlar yaradır.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov V Antalya Diplomatiya Forumu çərçivəsində "Bağlantıda yeni imkanlar" mövzusunda keçirilən panel iclasda çıxışı zamanı bildirib.

O deyib: "Bu imkanlar Ermənistan və Azərbaycanla yanaşı, ümumilikdə region ölkələri arasında müsbət qarşılıqlı asılılıqlar yaradır. Hesab edirəm ki, bu cür qarşılıqlı əlaqə və asılılıq sülh üçün ən yaxşı təminatlardan biridir, çünki bu, əsl "qazan-qazan" vəziyyətidir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости