https://news.day.az/azerinews/1828765.html Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - YENİLƏNİB - FOTO Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək.

Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - YENİLƏNİB - FOTO

Azərbaycanca, 18 апреля 2026 17:56 (UTC +04:00) 384
Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

V Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tədbirdə iştirak edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclasda çıxış edən Ceyhun Bayramov genişlənən geosiyasi parçalanma və davam edən münaqişələr fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.

Həmçinin mütəmadi keçirilən qeyri-rəsmi Xarici İşlər Nazirləri Şurası iclaslarının əhəmiyyəti qeyd olunub. 2025-ci ilin oktyabrında Qəbələ Sammitində təsis edilən və 2026-cı ilin martında İstanbulda daha da funksionallaşdırılan "TDT+" formatının inklüziv və strateji tərəfdaşlıqların inkişafına xidmət edən mühüm alət olduğu diqqətə çatdırılıb.

  • Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub
  • Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub
  • Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub
  • Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости