https://news.day.az/azerinews/1829283.html Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı artıb Bu ilin aprelin 1-i tarixinədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 689 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, eləcə də 101 584 fərdi sahibkar fəaliyyət göstərib. Day.Az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı artıb

Azərbaycanca, 21 апреля 2026 12:27 (UTC +04:00) 248
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı artıb

Bu ilin aprelin 1-i tarixinədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 689 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, eləcə də 101 584 fərdi sahibkar fəaliyyət göstərib.

Day.Az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə müvafiq olaraq 407 vahid (7,7%) və 5 709 vahid (5,9%) artım deməkdir.

Belə ki, hesabat ilində mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 4 243, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 992 nəfər olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2%-i və 0,5%-i deməkdir.

Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 253 (ümumi saya görə 2,1%), Şərqi Zəngəzur iqtisadi rayonunda 55 (ümumi saya görə 0,4%) təşkil edib. Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 109 (ümumi saya görə 2,5%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 20 (ümumi saya görə 0,5%) olub. Eyni zamanda hesabat dövründə Qarabağ iqtisadi rayonunda 13 (ümumi saya görə, 1,3%), Şərqi Zəngəzur iqtisadi rayonunda 4 (ümumi saya görə, 0,4%) iri sahibkarlıq subyekti qeydə alınıb.

1 aprel 2026-cı il tarixinə Qarabağ iqtisadi rayonunda 93 556 (ümumi saya görə 6,4%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 8 028 (ümumi saya görə 0,5%) fərdi sahibkar fəaliyyət göstərib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости