https://news.day.az/azerinews/1832630.html Yeni pandemiya riski varmı? - HANTAVİRUS Argentinadan Afrika istiqamətində hərəkət edən MV Hondius adlı kruiz gəmisində Hantavirus halları aşkarlanıb. Gəmidə 7 nəfərdə virus təsdiqlənib, 3 nəfər isə həyatını itirib. İspaniya hökuməti gəminin Kanar adalarına yan almasına və tibbi təxliyəyə icazə verib.

Yeni pandemiya riski varmı? - HANTAVİRUS

Azərbaycanca, 6 мая 2026 11:54 (UTC +04:00) 295
Yeni pandemiya riski varmı?

Argentinadan Afrika istiqamətində hərəkət edən MV Hondius adlı kruiz gəmisində Hantavirus halları aşkarlanıb. Gəmidə 7 nəfərdə virus təsdiqlənib, 3 nəfər isə həyatını itirib. İspaniya hökuməti gəminin Kanar adalarına yan almasına və tibbi təxliyəyə icazə verib.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı hantavirusun əsasən gəmiricilər vasitəsilə yayıldığını və insandan insana yoluxma hallarının nadir olduğunu bildirir.

İlkin məlumatlara görə, ilk yoluxmuş şəxs virusu gəmiyə minməzdən əvvəl daşıyıb və gəmidə gəmirici aşkarlanmayıb.

Mütəxəssislər hesab edir ki, hazırkı vəziyyət qlobal pandemiya riski yaratmır. Hər il dünyada 10 minlə 100 min arasında hantavirus halı qeydə alınsa da, yoluxma zənciri məhdud olur. Bununla belə, virusun ölüm nisbətinin yüksək olması (təxminən 32%) səbəbilə vəziyyət diqqətlə izlənilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости