https://news.day.az/azerinews/1832949.html Çində keçmiş müdafiə nazirlərinə şərti ölüm cəzası verilib Çinin iki keçmiş müdafiə naziri korrupsiya ittihamı üzrə təqsirli bilinərək barələrində şərti olaraq ölüm cəzası hökmü çıxarılıb. Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir. Hərbi məhkəmə Vey Fenqhe və Li Şanfu barəsində iki illik möhlətlə ölüm hökmü çıxarıb.

Çində keçmiş müdafiə nazirlərinə şərti ölüm cəzası verilib

Azərbaycanca, 7 мая 2026 15:53 (UTC +04:00) 281
Çində keçmiş müdafiə nazirlərinə şərti ölüm cəzası verilib

Çinin iki keçmiş müdafiə naziri korrupsiya ittihamı üzrə təqsirli bilinərək barələrində şərti olaraq ölüm cəzası hökmü çıxarılıb.

Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hərbi məhkəmə Vey Fenqhe və Li Şanfu barəsində iki illik möhlətlə ölüm hökmü çıxarıb. Bu o deməkdir ki, iki ildən sonra onların ölüm cəzası ömürlük həbslə əvəz olunacaq və cəzanın yüngülləşdirilməsi və ya şərti azadlığa buraxılma imkanı olmayacaq.

Hər iki şəxs rüşvət almaqda təqsirli bilinib və onların bütün şəxsi əmlakı müsadirə olunub.

Vey 2018-2023-cü illərdə müdafiə naziri vəzifəsində çalışıb və 2023-cü ilin martında onu Li əvəz edib. Linın müdafiə naziri kimi fəaliyyəti isə daha qısa olub.

O, 2023-cü ilin oktyabrında vəzifədən uzaqlaşdırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости