Həftəsonu maqnit qasırğaları:

9 və 10 may tarixlərində Yer kürəsində maqnit qasırğaları gözlənilir, lakin onlar güclü olmayacaq.

Day.Az Böyük Britaniya Geologiya Xidmətinə istinadən bildirir ki, bu, Günəşdəki koronal dəlikdən gələn yüksək sürətli küləyin təsirindən baş verir.

6 mayda Günəşdə partlayış, 7 mayda isə püskürmə müşahidə olunub. Ekspertlər hesab edirlər ki, bu hadisələr birbaşa Yerə yönəlməsə də, qismən təsir göstərə bilər. Qasırğalar səviyyəsi G1 olaraq proqnozlaşdırılır.

Maqnit qasırğaları insanların vəziyyətinə də təsir edə bilər: baş ağrısı, yorğunluq, yuxusuzluq, təzyiq dəyişiklikləri və əsəbilik müşahidə oluna bilər. Həkimlər tövsiyə edir ki, yuxu rejimi qorunsun, stressdən uzaq durulsun, kifayət qədər su içilsin, kofe və alkoqol azaldılsın, açıq havada vaxt keçirilsin və yüngül idman hərəkətləri edilsin. Sağlamlıq pisləşərsə, həkimə müraciət olunmalıdır.