Yaponiyada yeni dərman: İnsanlar yenidən diş çıxara bilər

Yapon alimləri diş itkisini aradan qaldıra biləcək inqilabi preparatı sınaqdan keçirirlər.

Day.Az xəbər verir ki, bu dərman orqanizmdə dişlərin inkişafını bloklayan USAG-1 zülalını təsirsiz hala gətirərək yeni dişlərin böyüməsini stimullaşdırır.

Hazırda klinik sınaqlar 30 yetkin insan üzərində aparılır. Tədqiqatın ilkin məqsədi preparatın təhlükəsizliyini yoxlamaqdır. Uğurlu nəticə olarsa, gələcək mərhələlərdə uşaqlarda anadangəlmə diş çatışmazlığının müalicəsi üçün istifadə oluna bilər.

Alimlər bu texnologiyanın 2030-cu ilə qədər geniş istifadəyə hazır ola biləcəyini bildirirlər.