https://news.day.az/azerinews/1834235.html Prezident İlham Əliyev Paraqvay Prezidentinə məktub ünvanlayıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya məktub ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub: "Hörmətli cənab Prezident...

Prezident İlham Əliyev Paraqvay Prezidentinə məktub ünvanlayıb

Azərbaycanca, 14 мая 2026 11:03 (UTC +04:00) 447
Prezident İlham Əliyev Paraqvay Prezidentinə məktub ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya məktub ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Paraqvay Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости