Mirvokhid Azimov Özbəkistanın Xarici İşlər nazirinin müavini təyin olunub

Özbəkistanın tanınmış diplomatlarından biri olan Mirvokhid Azimov ölkənin Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, diplomat bundan əvvəl İstanbulda fəaliyyət göstərib və Türk Dövlətləri Təşkilatının Baş katibin müavini vəzifəsini icra edib.

O, Xarici İşlər Nazirliyində investisiya, ixrac və turizm sahələrinə cavabdeh olacaq.

Qeyd edək ki, Azimovun Türk Dövlətləri Təşkilatında Baş katibin müavini vəzifəsinə səlahiyyət müddəti 6 noyabr 2024-cü ildə Bişkekdə keçirilən 11-ci Zirvə görüşü zamanı dövlət başçılarının qərarı ilə ikinci dəfə uzadılmışdı.