https://news.day.az/azerinews/1839293.html Maşın sürərkən bunu etməyin - CƏRİMƏ OLUNACAQSINIZ Azərbaycanda hərəkətdə olan avtomobilin pəncərəsindən əlini çölə çıxaran sürücülər inzibati məsuliyyət daşıya bilər. Bu davranış sürücünün sükan üzərində nəzarətini zəiflədir, manevr imkanlarını məhdudlaşdırır və qəfil təhlükə zamanı operativ reaksiya verməsini çətinləşdirir.

Maşın sürərkən bunu etməyin - CƏRİMƏ OLUNACAQSINIZ

Azərbaycanca, 4 июня 2026 17:12 (UTC +04:00) 359
Maşın sürərkən bunu etməyin

Azərbaycanda hərəkətdə olan avtomobilin pəncərəsindən əlini çölə çıxaran sürücülər inzibati məsuliyyət daşıya bilər.

Bu davranış sürücünün sükan üzərində nəzarətini zəiflədir, manevr imkanlarını məhdudlaşdırır və qəfil təhlükə zamanı operativ reaksiya verməsini çətinləşdirir. Ona görə də belə hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü maddəsi çərçivəsində qayda pozuntusu kimi qiymətləndirilir.

Qanunvericiliyə əsasən, qaydanı pozan sürücülər 40 manat məbləğində cərimə edilə bilər. Bununla belə, mexaniki sürət qutulu avtomobillərdə ötürücünün dəyişdirilməsi üçün bir əlin qısa müddətə sükandan çəkilməsi normal hal sayılır və inzibati məsuliyyət yaratmır. Cərimə əsasən sürücünün avtomobili lazımi qaydada idarə etməməsi və ya nəzarəti zəiflətməsi hallarında tətbiq olunur.

İlk baxışda əhəmiyyətsiz görünən bu cür hərəkətlər qəza riskini artıraraq həm sürücünün, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhlükə altına qoya bilər.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости