https://news.day.az/azerinews/1840709.html Ələt Azad İqtisadi Zonasında yük hava limanının istifadəyə veriləcəyi vaxt AÇIQLANIB Ələt Azad İqtisadi Zonasında yük hava limanı yüksək texnologiyalı şirkətlərin cəlb edilməsinə imkan verəcək

Ələt Azad İqtisadi Zonasında yük hava limanının istifadəyə veriləcəyi vaxt AÇIQLANIB

Azərbaycanca, 11 июня 2026 11:35 (UTC +04:00) 285
Ələt Azad İqtisadi Zonasında yük hava limanının istifadəyə veriləcəyi vaxt

Ələt Azad İqtisadi Zonasında yük hava limanı yüksək texnologiyalı şirkətlərin cəlb edilməsinə imkan verəcək

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda Azərbaycan-Amerika Ticarət Palatası (AmCham Azerbaijan) tərəfindən təşkil olunmuş "TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya" konfransında bildirib,

"Ələt Azad İqtisadi Zonası Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Bu isə rezident şirkətlərə avtomobil, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə geniş bazarlara çıxış imkanı yaradır.

Yüksək texnologiyalı sahələr üçün yük hava limanının əhəmiyyətini nəzərə alaraq, yerli hava daşıyıcısı "Silk Way Airlines" ilə Ələt Azad İqtisadi Zonasında yük hava limanının yaradılması barədə razılıq əldə olunub. Bu, azad iqtisadi zona ərazisində yaradılacaq ilk hava limanı olacaq", - deyə o bildirib.

V. Ələsgərovun sözlərinə görə, tikinti 2024-cü ilin martında başlayıb və istifadəyə verilməsi növbəti ilə planlaşdırılır.

O qeyd edib ki, bu layihə Ələt Azad İqtisadi Zonasına yüksək texnologiyalı şirkətləri cəlb etməyə imkan verəcək.

İdarə Heyətinin sədri vurğulayıb ki, investorlar əvvəldən hazırlanmış infrastruktura və kommunikasiya xətlərinə malik sənaye torpaq sahələri ilə təmin olunurlar.

  • Ələt Azad İqtisadi Zonasında yük hava limanının istifadəyə veriləcəyi vaxt
  • Ələt Azad İqtisadi Zonasında yük hava limanının istifadəyə veriləcəyi vaxt
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости