"Hyundai" ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır
Cənubi Koreyalı avtomobil istehsalçısı "Hyundai Motor" cihaz paneli displeyindəki problemlər səbəbindən ABŞ-da 96.300 avtomobili geri çağırır.
Bu barədə Amerika Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) açıqlama verib.
Tənzimləyici qeyd edib ki, proqram təminatı xətası displeyin sıradan çıxmasına səbəb ola bilər və bu da sürətölçən göstəriciləri və xəbərdarlıq işıqları da daxil olmaqla vacib məlumatları göstərməsinə mane ola bilər. Proqram təminatı uzaqdan və ya diler mərkəzlərində yenilənəcək.
Geri çağırılma, hibrid versiyası da daxil olmaqla, Tucson kompakt SUV-nin müəyyən modellərinə aiddir.
"Hyundai Motor" səhmləri 4,5% ucuzlaşıb. Şirkətin bazar kapitallaşması ilin əvvəlindən bəri 62% böyüyüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре