https://news.day.az/azerinews/1847149.html Qarpızla yüklənmiş "Ford" aşdı - VİDEO Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində qarpızla yüklənmiş "Ford" markalı yük avtomobilinin aşması nəticəsində yolda nəqliyyatın sıxlığı yaranıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, qəza bu gün saat 16:00 radələrində magistralın 113-cü kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.

Qarpızla yüklənmiş "Ford" aşdı - VİDEO

Azərbaycanca, 10 июля 2026 16:56 (UTC +04:00) 297
Qarpızla yüklənmiş "Ford" aşdı

Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində qarpızla yüklənmiş "Ford" markalı yük avtomobilinin aşması nəticəsində yolda nəqliyyatın sıxlığı yaranıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qəza bu gün saat 16:00 radələrində magistralın 113-cü kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, qarpızla yüklənmiş "Ford" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza səbəbindən magistralın paytaxt istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости