İsti havada soyuq duş təhlükəli ola bilər – Həkimdən xəbərdarlıq
Həkim-terapevt Aleksey Abızov isti havadan sonra dərhal buz kimi su ilə duş qəbul etməyin sağlamlıq üçün riskli olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə ürək-damar xəstəlikləri olan insanlarda bu, arterial təzyiqin qəfil yüksəlməsinə və səhhətin pisləşməsinə səbəb ola bilər.
Day.Az xəbər verir ki, mütəxəssis isti havadan qayıtdıqdan sonra kondisioneri dərhal işə salmamağı, əvvəlcə 10-15 dəqiqə otaq temperaturuna uyğunlaşmağı tövsiyə edib. O qeyd edib ki, otaqda optimal temperatur 22-24 dərəcə olmalı, tərlədikdən sonra isə birbaşa kondisioner və ya sərinkeş qarşısında dayanmaqdan çəkinmək lazımdır.
Həkim həmçinin uzun müddət günəş altında qaldıqdan sonra soyuq suya qəfil girməməyi, suya tədricən daxil olmağı məsləhət görüb. Yay aylarında pambıq, kətan və bambuk kimi təbii parçalardan hazırlanmış açıq rəngli geyimlərdən istifadə etmək, həmçinin baş geyimi taxmaq və günəşdən qoruyucu krem çəkmək tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре