Rənglər insanın psixologiyasına necə təsir edir?

Psixoloq Anjelika Yeryomenkonun sözlərinə görə, rənglər insanın emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti qavrama tərzinə əhəmiyyətli təsir göstərir.

Day.Az xəbər verir ki, mütəxəssis bu prosesdə obyektin formasından daha çox rəngin tonunun və doyma dərəcəsinin rol oynadığını bildirib.

Ekspert qeyd edib ki, qırmızı rəng enerji və təhlükə hissi yaratdığı üçün qan təzyiqini yüksəldə bilər. Mavi rəng sakitləşdirici təsir göstərərək diqqətin cəmlənməsinə kömək edir, yaşıl rəng harmoniya hissi yaradır, sarı rəng isə sevinc və nikbinlik bəxş etsə də, həddindən artıq istifadə olunduqda təşvişi artıra bilər.

Psixoloq iş mühitində mavi və yaşıl rənglərə üstünlük verilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu rənglər stressi azaldır və məhsuldarlığı artırır. İstirahət məkanlarında isə yumşaq mavi, yaşıl və neytral tonlardan istifadə daha məqsədəuyğundur.