https://news.day.az/azerinews/1851521.html İran Omanla birlikdə Hörmüz boğazında gəmiçiliyi idarə etmək istəyir İran Omanla birlikdə Hörmüz boğazında gəmiçiliyi idarə etmək niyyətindədir. Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda hökumət rəsmilərinin iştirakı ilə keçirilən iclasda deyib.

İran Omanla birlikdə Hörmüz boğazında gəmiçiliyi idarə etmək istəyir

Azərbaycanca, 1 августа 2026 15:59 (UTC +04:00) 122
İran Omanla birlikdə Hörmüz boğazında gəmiçiliyi idarə etmək istəyir

İran Omanla birlikdə Hörmüz boğazında gəmiçiliyi idarə etmək niyyətindədir.

Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda hökumət rəsmilərinin iştirakı ilə keçirilən iclasda deyib.

Əraqçi bildirib ki, İran Omanla əməkdaşlıq edərək Hörmüz boğazında əməliyyat mexanizmini tənzimləmək üçün məsləhətləşmələr aparır və milli mənafeyin qorunması istiqamətində diplomatiyadan maksimum şəkildə yararlanır.

İranlı nazir eyni zamanda iclas iştirakçılarını ABŞ və İran arasında İslamabad anlaşma memorandumundan sonra baş verən hadisələr, ABŞ tərəfinin İrana qarşı dəfələrlə hücum etməsi haqda məlumatlandırıb.

 

Əraqçi İran Xarici İşlər Nazirliyinin İranın Ali Lideri Seyid Müctəba Xamenei, Ali Milli Təhlükəsizlik Şurasının tədbirləri çərçivəsində səylər göstərdiyini deyib.

Tədbirdə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi də Xəzər dənizinin hüquqi statusu konvensiyasının müxtəlif cəhətləri Xəzər dənizində İranın milli mənafeyi və təhlükəsizliyinin qorunması üçün onun əhəmiyyətini açıqlayıb.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости