Mayk Tayson və 50 Cent-in villası qocalar evi olacaq - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Dünya boksunun əfsanələrindən biri Mayk Taysonun villası 8 milyon dollara satılıb.
ABŞ-ın Konnektikut ştatındakı Farminqtorn şəhərində yerləşən bu villanın son sahibi qaradərili reper 50 Cent idi.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 52 otaqlı villa qocalar evinə çevriləcək.
Əsl ad və soyadı Körtis Cekson olan 40 yaşlı 50 Cent bu villanı 2003-cü ildə 4,1 milyon dollara Mayk Taysondan satın almışdı. Daha sonra reper binanın yenilənməsinə və təmirinə 10 milyon dollar xərcləmişdi.
Villada trenajor zalı, raketbol kortu, rəqs meydançası, kinozal və səsyazma studiyası vardı. Villanın saxlanmasına hər ay 72 min dollar xərclənirdi.
2007-ci ildə reper villanı 18 milyon dollara satışa çıxarmışdı. Alıcılar olmadığından 50 Cent ilkin satış qiymətini dəfələrlə aşağı salmışdı.
Ötən ilin iyulun 13-də 50 Cent məhkəməyə müraciət edərək iflasa uğradığını bildirib. Ekspertlər hesab edirlər ki, 50 Cent bu minvalla pornovideosunu yaydığı Lastoniya Levistona 5 milyon dollar məbləğində təzminat ödəməkdən yayınmaq istəyir.
Reperin 140 milyon dollarlıq varidatının olduğu deyilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре