Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir

Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində deyib.

"Suriya bu gün bərpa, normallaşma prosesini, insanların həyatının normallaşması və inkişaf prosesinə qədəm qoyur. Biz çox məmnunuq ki, qardaş ölkə Türkiyə, eləcə də, Suriya ilə birgə çalışaraq bu işə töhfə verə bilirik.

Belə ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya qaz ixracı ilə bağlı işlərə bu gün start verilir. Bu hadisənin reallaşması Azərbaycan,Türkiyə, Qətər veə Suriya Ddövlət rəhbərlərinin siyasi iradəsi və iqtisadi bağların dərinləşməsi səyindən irəli gəlir. Layihənin icrasi Türkiyənin dəstəyi olmadan icra edilə bilməzdi", - o qeyd edib.