Yatağın altından çıxanlar hər kəsi heyrətə saldı - Türkiyədə - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Türkiyədə, Kırklareli şəhərinin Pınarhisar mahalında Bizans və Roma dövrünə aid olduğu bildirilən 107 tarixi əsər ələ keçirilib, 3 şübhəli saxlanılıb.
Day.Az milliyet-ə istinadən xəbər verir ki, təşkil edilən əməliyyatda Pınarhisarın Yenice və Akören kəndlərində aparılan icazəsiz qazıntılarda əldə edilən əsərlərin satılacağı məlumatı əldə edilib.
Şəxsiyyəti təyin olunan şübhəlilər Y.S, H.B. və T.B.-nin ev və iş yerlərində axtarış aparılıb.
Axtarışlarda, Bizans və Roma dövrünə aid olan 6 bürünc heykəl, ümumi 101 qızıl və gümüş sikkə, boyunbağıucu və üzük, 4 detektor, 1 sənədsiz ov tüfəngi ələ keçirilib.
Əməliyyatda şübhəli Y.S.-nin tarixi əsərləri yatağının altında gizlətdiyi məlum olub.
Şübhəlilər nəzarətə alınıb, götürülən tarixi əsərlər Kırklareli Muzeyi İdarəsinə təhvil verilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре