Mustafa ilə yaşadığı evi satışa çıxardı - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Bu yaxınlarda müğənni Mustafa Cecelidən boşanan Sinem Ceceli yaşadıqları villanı satışa çıxarıb.
Day.Az axşam.az-a istinadən bildirir ki, Sinem 4 mərtəbəli villa üçün 1 milyon 200 min dollar pul istəyir. Mustafa boşandıqları vaxt həyat yoldaşına təzminat kimi 3 milyon lirə (təxminən 1,5 milyon manat) pul və Kanlıcadakı evini vermişdi.
Sinem isə artıq o evdə yaşamaq istəmədiyini bildirib. Üstəlik, villanı hələ aprelin əvvəlindən satışa çıxarıb. S.Ceceli satışa qoyduğu evin əşyalarını artıq başqa yerə daşıyıb.
Qeyd edək ki, boşandıqdan 5 gün sonra Mustafa Cecelinin Selin İmerlə eşq yaşadığı üzə çıxmış, hətta onların evlənməyə hazırlaşdıqları məlum olmuşdu.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре