Bir neçə pilot Formula 2 yarışlarında qəza törətdi - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Formula 2 yarışlarında "Prema Racing" pilotu Antonio Fuoko 6-cı dövrədə qəza törədib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, A.Fuoko "Trident" pilotu Serxio Kanamasası ötməyə çalışarkən qəza nəticəsində bolidin ön qanadını zədələyib.
Bundan başqa, trası digər "Trident" pilotu Nabil Ceffri də tərk edib. O, yeddinci döngədə divara çırpılıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре