Soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Təvəkkül Məhərrəmov tutulub.

Daxili İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, iyulun 28-də saat 4.00 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini olan qadın E.U-nı döyüb, içərisində 100 manatı, kosmetik əşyaları olan çantansını və mobil telefonunu alıb.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məhərrəmov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.