24 yaşlı oğlan qızla tanış olmaq üçün, elan verdi: "Ərindən boşanmış, tənha biri...."

Day.Az представляет новость на азербайджанском языке

Hər kəsə məlum olduğu kimi alış-veriş saytları insanların evindəki artıq əşyaları, şəxsi mülklərini satmaq üçün bir vasitədir.

Ancaq deyəsən bu saytların əsas səbəbindən bixəbr olanlar da var. Çünki bu cür saytları tanışlıq saytı təsəvvür edib elanlar yerləşdirənlər də çoxluq təşkil edir.

Day.Az Media24.Az-a istinadən maraqlı elanlardan birini təqdim edir:

"Əvvəla salam. 24 yaşım var. Boyum:181, çekim 76. 24 yaş və yuxarı xanımla tanış olmaq istəyirəm. Yoldaşından boşanmış tənha biri olsa daha yaxşı olar. Heç vaxt darıxmağa qoymaram, İndiyə qədər yaşaya bilmədiyi mənəvi ehtiyacıvı qarşılayaram. Cox xahiş edirəm, artıq əskik boş-boş şeyler yazmayın, Yazdığım kriteriyalara cavab verməyən biri yazmasın."

Bu tanışlıqda özünə xanım axtaran kişilər daha üstünlük təşkil edir. Buna baxmayaraq bir bəylə tanış olmaq istəyən qızlarımız da az deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.